CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gün karantin rejimini 1049 nəfər pozdu

© Sputnik / Ilham MustafayevQazaxda xüsusi rejimə nəzarət
Qazaxda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BAKI, 4 may — Sputnik. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Sputnik Azərbaycan BDYP-nin məlumatına istinadla xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0