CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus sürücüləri arasında koronavirusa yoluxan olubmu? Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
"Pandemiyadan əvvəl Bakıda 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1750 avtobus xətdədir. Ekspress avtobuslar üçün sürücü ehtiyacı yarandığından müraciət edən 200 sürücüdən 103 nəfəri artıq işlə təmin olunub"

BAKI, 4 may — Sputnik. "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə 800-dən çox sürücü koronavirus testindən keçirilib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli deyib ki, sürücülər arasında koronavirusa yoluxma halı təsdiqlənməyib: "Bu da çox sevindirici bir haldır”.

V. Kərimli qeyd edib ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin daşınıb: "Pandemiyadan əvvəl Bakıda 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1750 avtobus xətdədir. Ekspress xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb. Ekspress avtobuslar üçün sürücü ehtiyacı yarandığından müraciət edən 200 sürücüdən 103 nəfəri artıq işlə təmin olunub. Yeni alınmış 300 avtobus da fəaliyyətə başlayıb, bunların arasında 18 metrlik avtobuslar da var. Avtobuslarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər qorunma vasitəsilə təchiz olunublar. Daşıyıcılara da məlumatlar göndərilir. Avtobuslarda şəffaf kabinalar yaradılır. Yaxın 3 günə avtobuslar tam təmin olunacaq".

Xəbər lenti
0