BAKI, 4 may — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirin 04.05.2020-ci il tarixli əmrinə əsasən, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov yeni vəzifəyə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Belə ki, G.Poladov Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.