BAKI, 4 may — Sputnik. Karantin günlərində həkimləri dəstəkləyib mahnı ifa edənlər sırasına Respublikanın Xalq artisti Tünzalə Ağayeva da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, sevilən müğənni illər öncə ifa etdiyi "Pərvanə" adlı mahnısını koronavirusla mübarizədə ön cərgədə olan həkimlərə ithaf edib. Müğənni ifanı əks etdirən videonu öz "Instagram" profilində paylaşıb.
Посмотреть эту публикацию в Instagram
Məlumat üçün bildirək ki, izləyicilər tərəfindən maraqla qarşılanan sözügedən bəstə 2011-ci ildə təqdim edilib. T.Ağayevanın 2012-ci ildə keçirilən solo konserti də məhz bu mahnıya uyğun olaraq adlandırılıb.
Qeyd edək ki, "Pərvanə" mahnısının musiqisi Tünzalə Ağayevaya, sözləri Gülağa Tənhaya məxsusdur.