CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu işi karantində də təxirə salmaq olmaz

© AFP 2024 / NOEL CELISЭкспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива
Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Son bir ay ərzində 958 nəfər nikahaqədər müayinədən keçib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, müayinədən keçənlərin 20-də talassemiya daşıyıcılığı, 1-də isə sifilis aşkarlanıb. Talassemiya daşıyıcılığı olan cütlük qeydə alınmayıb. Eyni zamanda da müayinədən keçənlər arasında HİV1/2 (QİÇS) də aşkarlanmayıb.

Qeyd edək ki, martın 15-dən aprelin 14-dək nikahaqədər müayinə üçün müraciət edən cütlüklərin sayı 45 olub.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.

Xəbər lenti
0