BAKI, 4 may — Sputnik. "Güzgüyə baxıram və yaşlandığımı görürəm. Üstəlik anama bənzəməyə başladım və bu, çox xoşuma gəlir". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Instagram" səhifəsində yazıb. Sənətçi qadın gözəlliyindən bəhs edib.
Qocaldığını vurğulayan İbrahimova getdikcə anasına daha çox bənzədiyini qeyd edib: "Gözəlliklə bağlı hər kəsin fikri fərqlidir, amma mən bir qadında ən çox ağıllı, düşüncəli olmağı, özünü qarşısındakı insanın yerinə qoyaraq, onun duyğu və düşüncələrini düzgün başa düşməyə çalışmağını çox sevirəm. Zehn boşsa, ürək qaranlıqdırsa, bunu ört-basdır edə biləcək heç bir makiyaj vəsaiti yoxdur. Xarici gözəlliyə baxmayın, siz qarşınızdakı insanın ürəyinizə əmanət etdiyi sözlərə, davranışa, əxlaqa baxın".
View this post on Instagram
Qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə ailə qurduqdan sonra Türkiyəyə köçüb və fəaliyyətini orada davam etdirir.