CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İcazə vərəqən yanında deyilsə, buna polis günahkar deyil"

© Sputnik / Ilham MustafayevPolis əməkdaşları Ağstafada xüsusi rejimə nəzarət edirlər
Polis əməkdaşları Ağstafada xüsusi rejimə nəzarət edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin müddətdə sürücü müvafiq sənədləri DYP-yə təqdim edərək məsələnin araşdırılmasını istəyə bilər"

 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. "Sürücünün icazə vərəqəsi yanında yoxdursa, polis vətəndaşa cərimə protokolu tərtib edə bilər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, polis postlarından keçən zaman vətəndaş icazə vərəqəsini təqdim edə bilmirsə, protokol tərtib edilir: "Ola bilər ki, sürücünün iş yerindən yazılı icazəsi olsun. Amma yanında deyilsə, polis haradan bilə bilər ki, onun icazəsi var? Həmin müddətdə sürücü müvafiq sənədləri DYP-yə təqdim edərək məsələnin araşdırılmasını istəyə bilər".

Xatırladaq ki, aprel ayının 1-dən ölkədə koronavirus təhlükəsinə qarşı xüsusi rejimli karantin elan edilib. Karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100-200 manat məbləğində cərimə edilirlər.

Xəbər lenti
0