CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Filipp Kirkorov azərbaycanlı qardaşının adını açıqladı

© Sputnik / Murad OrujovФилипп Киркоров на сцене музыкального фестиваля Жара-2018
Филипп Киркоров на сцене музыкального фестиваля Жара-2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Xalq artisti azərbaycanlı həmkarı Yusif Eyvazovla zahiri oxşarlığına sosial şəbəkədə aydınlıq gətirdi.

BAKI, 4 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisti Yusif Eyvazovu ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Kirkorov Eyvazovu özünün əkiz qardaşı adlandırıb.

Kirkorov bu barədə "Instagram" səhifəsindəki təbrikində yazıb. Qeyd edək ki, azərbaycanlı vokalçının 43 yaşı tamam olur.

Посмотреть эту публикацию в Instagram

Публикация от Филипп Киркоров (@fkirkorov)

"Mənim "əkiz qardaşım" Yusif. Biz səninlə o qədər bir-birimizə bənzəyirik ki, bəzilərinə elə gəlir, bir ailədə böyümüşük. Bir-birimizlə rahat anlaşırıq və birlikdə bizə maraqlıdır. Dəbdə, alış-verişdə, musiqi istiqamətlərinin seçimində bizim vahid meyllərimiz sadəcə təəccüb doğurur. Və biz həmişə eyni ilham pərisinə sadiqik. Həyat və karyera naminə musiqi üslubunda fərqli yollar seçdik, amma bizi ona əsl ehtiras birləşdirir. Bizim idman ehtirasımız da eynidir, hansı ki, məni məhz sən yoluxdurmusan. Biz səninlə bu istiqamətdə gör necə uğurlar qazanırıq. Nəticə göz qabağındadır", - Kirkorov yazıb.

Qeyd edək ki, Filipp Kirkorov artıq uzun illərdir Anna Netrebko-Yusif Eyvazov cütlüyü ilə dostluq edir.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın Xalq artisti Anna Netrebko ilə ailə qurub.

Filipp Kirkorov estrada müğənnisi, aktyor, bəstəkar, prodüser, Rusiya, Ukrayna və Moldovanın Xalq artistidir. Rusiyada ən populyar ifaçı, "Zolotoy Qrammofon", "Stopudovıy xit", "Serebryanaya kaloşa" mükafatlarının dəfələrlə mükafatçısı, "Ovasiya" mükafatının səkkizqat, "World Music Awards" mükafatının beşqat qalibi, "İlin mahnısı" illik festivalının laureatıdır.

Xəbər lenti
0