“Lisenziyası ləğv edilmiş “Atabank” və “Amrah Bank”ın problemləri yeni deyil və koronavirus pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur”. Bunu AzTV-yə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, müasir dövrdə Azərbaycan bankları mükəmməl və dayanıqlı sistemə arxalanıb:
“Azərbaycandakı kommersiya banklarının dayanıqlılığı möhkəmdir. Koronavirus dövründə baş verənlərin Azərbaycan banklarına güclü təsir edəcəyini ehtimal etmirəm. Mövcud şərait onu deməyə əsas verir ki, banklarımız bu vəziyyətdən tam şəkildə çıxa biləcəklər. Bəzi bankların lisenziyasının ləğv edilməsi isə koronavirus pandemiyası ilə bağlı deyil”.
Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz