CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı müğənnilər Rusiya layihəsində münsif olacaqlar

© AP Photo / Efrem LukatskyПевец у микрофона, фото из архива
Певец у микрофона, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur azərbaycanlı və rusiyalı ifaçılar arzu edən hər kəsin iştirak edəcəyi "Muzıkastinq 3.0" yarışının qaliblərini seçəcəklər

BAKI, 4 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev) və Elman Zeynalov Rusiyanın musiqi layihəsi olan "Muzıkastinq 3.0"-ın münsiflər heyətinin üzvləri olacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Novoye Radio" radiostansiyasının saytında yerləşdirilib. Məlumata görə, sözügedən layihənin təşkilatçıları Zhara Music musiqi leyblı və "Vkontakte" sosial şəbəkəsidir.

Müsabiqədə vokal göstəricilərinə malik olan hər kəs öz arzusu ilə iştirak edə bilər. İddiaçıları "Avropa mediaqrupu"nun baş direktoru və "Novoye Radio"nun baş prodüseri Roman Yemelyanov, ifaçılardan Yolka, Mari Kraymbreri, Dima Bilan, Konstantin Sidorkov, Aleksandr ST Stepanov və başqaları qiymətləndirəcəklər. Münsiflər heyətinə Rusiyada şöhrət qazanmış Azərbaycan əsilli müğənnilər Bahh Tee (Bəxtiyar Əliyev) və Elman Zeynalov da daxildir.

Эмин Агаларов и дует HammAli (Александр Алиев) & Navai (Наваи Бакиров) - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO

Layihənin qalibi sinqlın peşəkar səviyyədə yazılması və "Novoye Radio"da rotasiyası, Zhara Music leyblı ilə müqavilə əsasında mahnı və klipin tanıdılması (distribusiya, marketinq, klip və trekin PR-ı, "Jara" radiosu və TV-də yerləşdirilmə), klipin çəkilişi, "Jara" festivallarının birində iştirak, Veqasda keçiriləcək "Jara"da çıxışlar, VK Fest 2021-da iştirak imkanı əldə edəcək.

Elman Zeynalov Sumqayıtda anadan olub, ailəsi ilə birlikdə Rusiyanın Rostov şəhərinə köçüb. Rusiyanın MUZ-TV musiqi kanalında yayımlanan "Novaya fabrika zvyozd" layihəsi onu bütün post-sovet məkanında tanıdıb. Zeynalov həmin musiqi yarışının iştirakçısı olan Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla yadda qalan duetlər ifa edib.

Zeynalov Xalq artisti Emin Ağalarov tərəfindən yaradılan Zhara Music musiqi leyblinin tərkibinə daxildir.

Bəxtiyar Əliyev (Bahh Tee) doqquz yaşında ilk şeirlərini əvvəl Azərbaycan və türk, sonra isə rus dillərində yazmağa başlayıb. Günlərin birində "Fabrika zvyozd-4" (Ulduz fabriki-4") yarışını seyr edərkən, mahnı yazmağa cəhd etmək qərarına gəlib. Hal-hazırda "Jara FM" radiostansiyasının və Zhara Music musiqi leyblinin baş prodüseridir.

Xəbər lenti
0