Azərbaycanda qanunsuz pensiya ödənişləri üzə çıxdı

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fondun həmin şöbələrində əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə də pensiya ödənişi aparılıb

BAKI, 4 may — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun Bakının Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilir. 

Qeyd olunub ki, Fondun həmin şöbələrində əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə də pensiya ödənişi aparılıb.  Hesabatda yazılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra ödənişlər davam etdirilib. Nəticədə, həmin şöbələr üzrə, ümumilikdə, müvafiq olaraq 905,7 min manat və 524,9 min manat vəsait ödənilib.

Xəbər lenti
0