CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana koronaviruslu xəstələr üçün gələn həkim: "Yaxşı yerdəsiniz"

Abunə olmaq
"Hər kəsi şəxsi gigiyena qaydalarına əməl etməyə çağırıram. Sosial məsafə qorunmalıdır, əks halda zaman keçdikcə rəqəmlər arta bilər" - Cəbrayıl Cəbrayılov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Respublikanın seçilmiş xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirmək üçün həyata keçirilən REACT-C19 layihəsinin icrası məqsədi ilə Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycana gəlib. Bu həkimlər Türkiyədə koronavirusla mübarizədə əldə etdikləri təcrübə və bilikləri buradakı həkimlərlə bölüşürlər.

Пожилой человек, фото из архива - Sputnik Azərbaycan
Artıq milyonlara keçmişik: koronavirus statistikası

Sputnik Azərbaycan REACT-C19 layihəsi çərçivəsində Azərbaycana qayıdan Türkiyənin Hacettepe xəstəxanasının daxili xəstəliklər üzrə həkimi Cəbrayıl Cəbrayılovla söhbətləşib. O, bu günlərdə gördüyü işlər və planlarla bağlı danışıb: "Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə korpusunda idim, orada koronavirusdan müalicə alan xəstələrə baş çəkir, şöbələri gəzir, reanimasiyadakıları yoluxurdum. Deyə bilərəm ki, Bakıdakı xəstəxanalarda layihə çox uğurla həyata keçirilib. Mayın 1-də isə bölgələrə səfərimiz başladı".

O, həkimlərin necə qruplaşması haqda da bizi məlumatlandırır:

"Biz Türkiyədən Azərbaycana koronavirusla mübarizədə ən müsbət addımları icra etməyə gəlmişik. Ümumi olaraq isə bu həkimlərdən ibarət 4 qrup yaradılıb. Hər bir qrup 14 gün boyunca onun fəaliyyəti üçün nəzərdə tutulan xəstəxanada çalışacaq. Ümumilikdə biz respublika üzrə bütün bölgələrə baş çəkəcəyik. Amma sıralamaya gəldikdə isə bu, koronavirusun hansı bölgələrdə daha çox olmasına görə planlaşdırılır. Baş çəkdiyimiz xəstəxanalarda da virusla mübarizənin daha yüksək səviyyədə olması üçün müəyyən addımlar atılacaq, həkimlərlə fikir mübadiləsi aparacağıq".

"Bir daha virusla mübarizə üçün hər kəsi şəxsi gigiyena qaydalarına əməl etməyə çağırıram. Sosial məsafə qorunmalıdır, əks halda zaman keçdikcə rəqəmlər arta bilər. Amma qeyd edim ki, hazırda virusun yayılmasının qarşısının alınmasına görə Azərbaycan daha yaxşı yerlərdən birində qərarlaşıb".

Qeyd edək ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında Türkiyədən gələn yerli həkimlərlə bağlı məlumat vermişdi. O bildirmişdi ki, Türkiyədən gəlmiş həkimlər Bakıda işlərini yekunlaşdırıb bölgələrə yola düşəcəklər. H.Harmancının sözlərinə görə, bu həkimlər ixtisaslarına görə təlimlər də həyata keçirəcəklər.

Bildirək ki, layihə iyunun sonlarınadək davam edəcək və 16 xəstəxananı əhatə edəcək. Mayın 4-12 tarixlərində həkimlər Gəncə-Goranboy, Şəmkir və Ağdaşda olacaqlar.

Xəbər lenti
0