CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Azərbaycanın bəzi yerlərində 29 dərəcə isti olacaq

© pixabay / xuuxuuВосход солнца, фото из архива
Восход солнца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir

BAKI, 3 may — Sputnik. Mayın 4-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 13-16° isti, gündüz 19-24° isti, Bakıda  gecə 12-14° isti, gündüz  21-23° isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil ecdəcək. Nisbi rütubət gecə 70-80%, gündüz  40-45% olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz  13-18°  isti olacaq.

Xəbər lenti
0