Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yaxın qonşumuz “immunitet pasportu” tətbiq edə bilər

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidСотрудник с паспортом РФ
Сотрудник с паспортом РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan öncə “immunitet pasportları” məsələsi Avropada, xüsusilə Almaniya və Böyük Britaniyada gündəmə gəlib

BAKI, 3 may — Sputnik. Rusiyada “immunitet pasportu”nun tətbiqi texniki cəhətdən mümkündür, çünki koronavirusa yoluxmuş şəxslər barədə məlumatlar artıq xüsusi bazada saxlanılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

Медицинская сестра готовит шприц для прививки - Sputnik Azərbaycan
SƏHİYYƏ
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"

O qeyd edib ki, sistemdə COVID-19 diaqnozu təsdiqlənmiş insanlar haqda məlumatlar var. Bundan əlavə, bazaya pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirilənlər və onların ünsiyyətdə olduğu adamlar barədə də məlumatlar daxil edilib.

Bundan öncə Muraşko demişdi ki, yoluxmanın pik həddi keçildikdən sonra özünütəcrid rejimini və koronavirus profilaktikasını ləğv etmək olmaz. O, həmçinin əlavə edib ki, qadağaların götürülməsi müəyyən zaman tələb edəcək.

Mayın 3-nə olan məlumata görə, Rusiyada 134 mindən çox insanda koronavirus təsbit olunub, bunlardan 1280 nəfər dünyasını dəyişib, 16.6 min nəfər isə sağalıb.

Qeyd edək ki, bundan öncə “immunitet pasportları” məsələsi Avropada, xüsusilə Almaniya və Böyük Britaniyada gündəmə gəlib. "Deutsche Bank" tərəfindən aparılmış tədqiqatda deyilir ki, bu cür pasportlar vətəndaşların sağlamlığına dair bir dəlil olmaqla ölkələrin təhlükəsizliyinə zəmanət verəcək.

"Əgər bu texnologiya kifayət qədər tez bir müddətdə əldə olunsa, bu cür "immunitet pasportları" turizm və səyahətə kömək edə biləcək. Əks halda, səyahətə qoyulan qadağa əvəzinə, ölkəyə gəlmə zamanı məcburi özünütəcrid tədbirləri tətbiq edilə bilər", - tədqiqatın müəllifləri hesab edirlər

Xəbər lenti
0