Özünütəcrid zamanı çimərlik kefi – VİDEO

© AP Photo / Ramon EspinosaТурист на пляже во Фрипорте, Багамские острова, фото из архива
Турист на пляже во Фрипорте, Багамские острова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Özünütəcrid qaydasını pozanlar müxtəlif ölkələrdə müxtəlif cür cərimə olunurlar. Yəni onları pozmaq cibə də, cana da ziyandır

BAKI, 3 may — Sputnik. Yayın gəlməsinə hələ bir ay var. Amma bir çox ölkələrdə, xüsusilə bizimlə eyni paraleldə yerləşənlərdə hava artıq mayın ortalarında qızmağa başlayır. Məsələn, sabah Azərbaycanın bəzi rayonları üçün sinoptiklər 29 dərəcə isti vəd ediblər. 

Çimərlik mövsümünün açılmasına da bir şey qalmayıb. Karantin rejimi isə dünyanın çox ölkələrində davam edir. Sputnik Azərbaycan bildirir ki, özünütəcrid qaydasını pozanlar müxtəlif ölkələrdə müxtəlif cür cərimə olunurlar. Yəni onları pozmaq cibə də, cana da ziyandır.

Braziliyanın Rio-de-Janeyro ştatının Manqaratiba şəhərinin sakini də elə bu fikirdədir. Kişi orijinal özünütəcrid metodu fikirləşib. O, okean sahilinə şəffaf qovuğun içində gedib.

Kadrlarda görünür ki, dostları əvvəlcədən çimərliyə dəsmal sərərək onun üçün yer hazırlayıblar. Amma heç gərək yox idi, həmin qovuğun içində heç islanmadan dalğaların da üstüylə gəzmək olar.

Xəbər lenti
0