Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İstənilən orqanı zədələyə bilər – koronavirus barədə daha bir həqiqət

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidМосковский клинический центр инфекционных болезней "Вороновское"
Московский клинический центр инфекционных болезней Вороновское  - Sputnik Azərbaycan
Abunə olmaq
İnfeksiyanın törədicisinin daha çox yapışdığı ACE2 reseptorları nəfəs yollarında, böyrəkdə, sidik kisəsində, bağırsaqda, ürəkdə və mərkləzi sinir sistemində olur

BAKI, 3 may — Sputnik. İnfeksiyanın kliniki təzahürlərinin müşahidəsindən bəlli olub ki, koronavirus insanın istənilən orqanını zədələyə bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, REA-nın akademiki Nikolay Briko yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, koronavirusun kliniki təzahürləri həddən artıq müxtəlifdir. Məsələn, bəzi xəstələrdə o, əlamətsiz keçə, yaxud digər kəskin respirator virus infeksiyalarındakı kimi simptomlar yarada bilər. Eyni zamanda bəzi yoluxmuş insanlarda müxtəlif ağırlıq dərəcəsi olan pnevmoniya, kəskin respirator distress-sindrom, eləcə də damarların, əsəb sisteminin, digər daxili orqanların zədələnməsi meydana çıxır.

“İnsanın istənilən orqanı və sistemi zədələnə bilər. Xəstəxanaya yatırılan xəstələlərin 90 faizindən çoxunda pnevmoniya, 50 faizindən çoxunda damardaxili qanın laxtalanması, təxminən 15%-də kəskin böyrək zədələnməsi, 20 faizindən çoxunda miokardın zədələnməsi müşahidə olunur”, - Briko qeyd edib.

O izah edib ki, infeksiyanın törədicisinin daha çox yapışdığı ACE2 reseptorları nəfəs yollarında, böyrəkdə, sidik kisəsində, bağırsaqda, ürəkdə və mərkləzi sinir sistemində olur.

Birko bu günlərdə demişdi ki, koronavirus epidemiyası son günlər Rusiyada yavaşıyıb və mümkündür ki, bir ay ərzində yeni mərhələyə keçsin. Onun sözlərinə görə, güman ki, yoluxma hallarının azalması iyunun əvvəllərinə təsadüf edəcək.

 

Xəbər lenti
0