Yenə də Kim: bu dəfə əlini müzakirə edirlər – FOTO

© AFP 2024 / Jung Yeon-JeЖители Южной Кореи смотрят репортаж о лидере Северной Кореи Ким Чен Ыне
Жители Южной Кореи смотрят репортаж о лидере Северной Кореи Ким Чен Ыне - Sputnik Azərbaycan
Abunə olmaq
Bir qədər əvvəl ehtimal gəzirdi ki, Kim Çen Inın “yoxa çıxması” onun dünya ictimaiyyətinin diqqətini öz ölkəsinə cəlb etmək istəyi ola bilər

BAKI, 3 may — Sputnik. Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 20 gündən sonra ictimaiyyət arasında peyda olarkən diqqətli adamlar onun əlində qəribə ləkə seziblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Mirror yazır.

ABŞ-dan olan tibb mütəxəssisi təxmin edir ki, dövlət başçısının biləyindəki ləkə ürək-damar xəstəliyi zamanı hansısa prosedurun, məsələn, arteriyaya iynə vurulmasının nəticəsində yarana bilər.

​Bir qədər əvvəl ehtimal gəzirdi ki, Kim Çen Inın “yoxa çıxması” onun dünya ictimaiyyətinin diqqətini öz ölkəsinə cəlb etmək istəyi ola bilər.

Mayın 2-də isə sosial şəbəkələrdə gübrə zavodunun açılışında Kim Çen Inın təntənəli surətdə qırmızı lenti kəsdiyi kadrlar paylaşılıb. Xəstəlik, hətta ölüm xəbərlərinə rəğmən Şimali Koreya lideri şəkildə sağlam və gümrah görünür.

Aprelin 15-də Kim Çen In KXDR-in qurucusu olan babası Kim İr Senin doğum günü mərasimində iştirak etməyib. Bu səbəbdən onun xəstələndiyi, sonra isə öldüyü barədə iddialar baş qaldırıb. Deyilirdi ki, Kim Çen In sərbəst surətdə qalxa, hərəkət edə bilmir, hətta onun “vegetativ durumda” olduğu da vurğulanırdı.

Xəbər lenti
0