BAKI, 3 may — Sputnik. Hindistan Hərbi Hava Qüvvələri Dehlidə həlak olan polislərin abidəsi üzərinə qızılgül ləçəkləri səpib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, koronavirusla mübarizə aparan Dehlidəki 12 xəstəxananın da üzərinə gül ləçəkləri səpiləcək.
Həmçinin “koronavirus döyüşçüləri”nin şərəfinə Hindistan paytaxtının səmasında 3 Lockheed C-130 hərbi-nəqliyyat təyyarəsi, bir qədər sonra isə üç dəfə Su-30 MKİ, MiQ-29 və Jaguar qırıcılarından ibarət aviasiya dəstəsi uçub.
An Unprecedented Event By Our @IAF_MCC @adgpi #ArmedForces To Shower The Flowers On #CoronaWarriors In Different Cities Of India Is Really Inspirational & Commendable! This Will Definitely Boost Their Confidence.
— NEERAJ JAIN (@NeerajJain_09) May 3, 2020
Thanks @narendramodi
for it 🌹🌹🌹🌹 pic.twitter.com/2Yd34BezC5
Axşam isə aksiyaya Hindistanın Hərbi Dəniz Qüvvələri qoşulacaq – Mumbaidə lövbər salmış beş gəmi yerli vaxtla 19.30-da illüminasiya qoşacaq, siqnal raketləri buraxacaq və sirenalarını işə calacaq. Bunlar hamısı COVID-19-la mübarizə aparan insanların şərəfinə edilir. Gəmilərin üzərində eləcə də “Hindistan koronavirusla döyüşənlərinə minnətdardır” plakatları da asılacaq.
Hindistanın 25 rayonunun, eləcə də uzaq Andaman və Nikobar adalarının sahil mühafizə xidmətləri aksiyaya qoşularaq çoxsaylı gəmilərdə işıq effektləri yaradacaq, vertolyotlar isə koronaviruslu xəstələrin olduğu xəstəxanaların üzərinə qızılgül ləçəkləri səpəcək.
Son məlumatlara görə, Hindistanda koronavirusa yoluxanların sayı 39.9 min nəfərə, ölənlərin sayı isə 1.3 min nəfərə çatıb. 10.6 min adam sağala bilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.