Qərb qonşularımızda koronavirusla bağlı durum: artım var

© AP Photo / Shakh AivazovСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda 5260 nəfər karantində saxlanılır, 553 adam həkim nəzarətindədir, Ermənistanda isə yoluxanlardan 320 nəfəri tibb işçiləridir

BAKI, 3 may — Sputnik. Gürcüstanda koronavirusdan ölənlərin sayı 9 nəfərə çatıb. Sputnik Gürcüstan bildirir ki, eyni zamanda yoluxan və sağalanların sayında da artım var.

“589 nəfərdə koronavirusa yoluxma təsbit olunub, onlardan 221 nəfər sağalıb. Ölənlərin sayı 9-a çatıb. 5260 nəfər karantində saxlanılır, 553 adam həkim nəzarətindədir”, - xəstəliyin monitorinqi üzrə saytda bildirilir.

Ermənistanda koronavirusa yoluxanların sayı isə 2386 nəfər olub. Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz məlumat yayıb.

Sutka ərzində 125 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər ölüb. Ölənlərin ümumi sayı 35 olub. Ermənistanda COVID-19-dan 1035 nəfər sağalıb, 1312 xəstə müalicə alır. Ümumi testlərin sayı 24177 olub.

Yoluxanlardan 320 nəfəri isə tibb işçiləridir. Bu barədə isə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Xəbər lenti
0