Karantin əleyhdarları mitinqə çıxdılar - VİDEO

© Sputnik / Konstantin ChalabovBraziliyanın bayrağı
Braziliyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Mart ayında Braziliya Prezidenti Jair Bolsonaru ABŞ-a səfər edib. Onu müşayiət edən nümayəndə heyətindəki 20-dən çox şəxs səfərdən sonra koronavirusa yoluxub

BAKI, 3 may — Sputnik. Braziliyanın paytaxtında ölkə Prezidenti Jair Bolsonarunu dəstəkləyənlər mitinqə çıxıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Globo TV məlumat yayıb.

Bundan öncə insanlar sosial şəbəkədə aktiv surətdə mitinqdə iştiraka dəvət olunublar.

Telekanalın yaydığı foto və videolarda paytaxtın hökumət rayonunun yollarını, demək olar ki, bağlamış avtomobil karvanı görünür. Onlarla insan Bolsonarunu dəstəkləyən, keçmiş Ədliyyə nazirini, Ali Məhkəmə sədrini və Parlamentin aşağı palatasının başçısını pisləyən şüarlar daşıyırlar.

Prezident Jair Bolsonaru ölkənin ştatlarında ticarəti əngəlləyən COVID-19-la mübarizə tədbirlərini aktiv surətdə tənqid edir. O hesab edir ki, “üfqi  izolyasiya” tətbiq etmək lazımdır, yəni yalnız risk qrupunda olan və yaşı 60-dan yuxarı şəxslər evdə oturmalıdırlar. Regional hökumətlər isə ÜST-ün təlimatlarına uyğun olaraq istisnasız bütün vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq ediblər.

Son zamanlar Braziliyanın Ədliyyə naziri Serjiu Morunun istefası fonunda Bolsonarunu tənqid edənlərin də sayı artır. Moru Prezidenti korrupsiya qalmaqallarının araşdırılmasına cavabdeh olan Ədliyyə Nazirliyin işinə müdaxilədə günahlandırır. Braziliyanın Baş Prokurorluğu isə Ali Federal Məhkəmədən keçmiş nazirin iddiasını araşdırmağı xahiş edib.

Bundan əlavə, Braziliyanın Federal Məhkəməsi Prezidentin COVID-19 testinin nəticələrini elan edəcəyi vaxtın müddətini daha 5 gün uzadıb. Mart ayında Bolsonaru ABŞ-a səfər edib. Onu müşayiət edən nümayəndə heyətindəki 20-dən çox şəxs səfərdən sonra koronavirusa yoluxub. Əgər Bolsonarunun analiz cavabları müsbət çıxsa, o zaman o, məsuliyyətə cəlb oluna, hətta ona qarşı müxalifətin israr etdiyi impiçment elan oluna bilər.

Xəbər lenti
0