Daha bir virus qarşısında acizlik: indi də arılar məhv olur

© REUTERS / Arnd WiegmannПчела, фото из архива
Пчела, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zooloqlar müəyyən ediblər ki, 2007-ci ildən 2017-ci ilədək xroniki arı iflicinə tutulmuş arıların sayı həndəsi silsilə ilə artıb

BAKI, 3 may — Sputnik. Nyukasl Universitetinin alimləri Böyük Britaniyada arıların sirli məhvi və ümumiyyətlə bal arısı ailələrinin getdikcə yoxa çıxmasının mümkün səbəbini tapıblar. Mütəxəssislərin fikrincə, arılar iflic törədən virusun qurbanı olublar.

Sputnik Azərbaycan bildirir ki, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

Zooloqlar müəyyən ediblər ki, 2007-ci ildən 2017-ci ilədək xroniki arı iflicinə tutulmuş arıların sayı həndəsi silsilə ilə artıb. 24 min arıçıdan alınan məlumatlara görə, 2007-ci ildə xəstəlik yalnız Lankaşirdə mövcud idi, ancaq on ildən sonra o, artıq İngiltərənin 47 mahalından 39-nu və Uelsin 8 mahalından 6-nı “iflic” edib. Üstəlik, yoluxma ocaqları ərazi baxımından bir-birinə çox yaxındır.

Xroniki arı iflicinin əlamətlərinə anormal titrəmə, uçmaq qabiliyyətinin itməsi və arıların qarnındakı tüklərin tökülməsi aiddir. Yoluxmuş arılar bir həftə ərzində ölür. Arı ailələrinin nədən bu qədər xəstəlik qarşısında aciz qalması barədə dəqiq məlumatlar olmasa da, ehtimal olunur ki, bu, ana arıların idxalı ilə əlaqədardır. Ana arıları xaricdən alan arıçıların təsərrüfatında xəstəliyə yoluxma halları digərlərinə nisbətən iki dəfə çoxdur.

 

Xəbər lenti
0