"Biz çempionuq". Türkdilli ölkələrin vokalçıları Freddi Merkürinin hitini oxudular

© AP Photo / Marco Arndt, FileФредди Меркьюри, фото из архива
Фредди Меркьюри, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Qırğızıstandan olan opera ifaçıları Azərbaycanın "Mədəniyyət" kanalının layihəsinin iştirakçısı olublar.

BAKI, 2 may — Kəmalə Əliyeva, Sputnik. Türkdilli ölkələrin teatrlarının solistləri Azərbaycanın "Mədəniyyət" kanalının "Bizi birləşdirən mədəniyyət" və "Sərhədsiz musiqi" layihəsində iştirak ediblər.

Telekanalın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar birlikdə Freddi Merkürinin yazdığı "We Are the Champions" hit mahnısını ifa ediblər.

İdeyanın müəllifi Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının rejissoru Nayla Raxmadiyeva olub. Layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalının himayəsi altında həyata keçirilib.

Tədbirdə Almatı, Nur-Sultan (Qazaxıstan), Bakı (Azərbaycan), Daşkənd (Özbəkistan), Ankara (Türkiyə) və Bişkekin (Qırğızıstan) opera teatrlarının aparıcı solistləri iştirak ediblər. Vokalçıların hər biri evdə musiqi əsərinin bir parçasını ifa edib və sonra bu ifalar bir videoda birləşdirilib.

Vokalçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə çıxış ediblər. Azərbaycan tərəfindən layihədə "Mədəniyyət" telekanalının direktoru, əməkdar artist Ramil Qasımov, əməkdar artistlər İlham Nəzərov və İlahə Əfəndiyeva iştirak ediblər.

Xəbər lenti
0