CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərlə bağlı sərt qaydalar müəyyənləşib

© Photo : Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır

BAKI, 2 may — Sputnik. Pandemiya dövründə taksilərin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərnişin qatarları ilə bağlı qərar verildi

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.

Qeyd edilib ki, şəhərdaxili taksilərdən istifadəedən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

Eyni zamanda bildirilib ki, bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.

Xəbər lenti
0