BAKI, 2 may — Sputnik. Pandemiya dövründə geyim satışı icra olunan mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağandır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə geyim satışı ilə bağlı hazırlanan təlimat qaydalarında qeyd olunub.
Eyni zamanda bu müddətdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.
Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyətinə gəlincə, müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Bu qayda mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri ilə məşğul olan yerlərə də aiddir.