CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur bakılı karantini necə səmərəli keçirmək barədə danışıb

© © Instagram / vladislavlisovetsСтилист Влад Лисовец, фото из архива
Стилист Влад Лисовец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur stilist Vlad Lisovets artıq kaloriləri yandırmaq üçün hər kəsə karantində idmanla məşğul olmağı məsləhət görüb.

BAKI, 2 may — Sputnik. Kəmalə Əliyeva. "Rossiya-1" telekanalında yayımlanan "Andrey Malaxov. Canlı Efir" tok-şousunda iştirak etmiş məşhur bakılı, rusiyalı stilist və teleaparıcı Vlad Lisovets evdə karantini necə səmərəli keçirmək barədə məsləhətlər verib.

Sputnik Azərbaycan xəbər verir ki, proqramın buraxılışı karantin rejiminə və koronavirusun yayılmasına həsr olunub.

Stilist bütün vaxtını anası ilə birlikdə evdə keçirdiyini etiraf edib.

"Mən gündə üç dəfə rəqs edirəm, yeyirəm, bişirirəm, idman edirəm. Daha tez-tez idmanla məşğul olmaq lazımdır ki, bütün yemək orqanizmdən çıxsın. Bu, karantin dövründə kökəlməməyə kömək edəcək. Ən əhəmiyyətlisi əhval-ruhiyyədir, buna görə də ümidinizi itirməyin", - Lisovets məsləhət verib.

Vladislav Lisovets 1972-ci ildə Bakıda anadan olub. O, 1994-cü ildə Moskvaya köçüb. Hal-hazırda Rusiyanın ən məşhur və tələb olunan stilistlərindən biridir.

Xəbər lenti
0