Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vacib qərar: Mərkəzi Bank yeni kredit qaydalarını açıqlayıb

© Sputnik / Murad OrujovЗдание Центрального Банка Азербайджана
Здание Центрального Банка Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Qayda koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə hazırlanıb.

BAKI, 2 may — Sputnik. Mərkəzi Bankın İdarə Heyəti "Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası"nı təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, Qayda mayın 1-dən qüvvəyə minib və ilin sonunadək qüvvədə olacaq.

Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ölkədə iki bank bağlandı, bəs əmanətlər?

Bu Qayda koronavirusun Azərbaycan iqtisadiyyatına təsirinin azaldılması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın bank sektoruna ehtimal olunan mənfi təsirlərinin azaldılması məqsədilə hazırlanıb və Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanmasının yeni qaydasını müəyyən edir.

Bu Qayda koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir. Dövlət tərəfindən yaradılmış qurumların vəsaiti hesabına verilmiş güzəştli kreditlərə bu Qaydanın yalnız 2.3-cü bəndi şamil edilir.

Bu Qaydanın 2-ci hissəsinin (Kreditlərin təsnifləşdirilməsi) tələbləri bank olmayan kredit təşkilatlarına da şamil edilir.

Xəbər lenti
0