BAKI, 2 may — Sputnik. Rusiyalı həkim koronavirusun yeni əlamətinin aşkarlandığını bildirib.
Sputnik Türkiyə xəbər verir ki, Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko bəzi koronavirus xəstələrinin dərisində səpkilərin müşahidə edildiyini deyib.
Həkimin sözlərinə görə, koronavirus xəstələrinin 10 faizində dəridə səpkilər yaranır.
“Daha əvvəl koronavirus xəstələrində dəri səpkiləri olduğu haqqında az yazılmışdı. Çinli həmkarlarımız dərisində səpki müşahidə xəstələrin az olduğunu bildirirdilər” – deyə həkim vurğulayıb.
O, qeyd edib ki, səpkilər daha çox xəstələrin əllərində və qarın bölgəsində olmaqla bədənin müxtəlif yerlərində müşahidə edilə bilər.
Protsenkonun fikrincə, bu virusun mutasiya uğradığının əlamətidir.