BAKI, 1 may — Sputnik. Şimali Koreya rəhbəri Kim Çen Inla bağlı yeni xəbər var. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, Şimali Koreya lideri 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Kim Çen Inın aprelin 30-da Sunçxonda gübrə zavodunun açılışında iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Şimali Koreya liderinin aprelin 12-dən bəri heç bir tədbirdə iştirak etməməsi onun səhhəti ilə bağlı problemlərin olması barədə müxtəlif şaiyələrin yayılmasına səbəb olmuşdu.
Cənubi Koreyanın “Daily NK” nəşrinin Kim Çen Inın əməliyyatdan sonra müalicəsini davam etdirməsi barədə yaydığı məlumatdan sonra sosial şəbəkələrdə onun sağlamlığının təhlükə altında olduğu vurğulanırdı.
CNN telekanalı, Yaponiyanın həftəlik “Sukang Gendai” nəşri və digər media qurumları anonim mənbələrə istinad edərək, hətta onun öldüyünü iddia edirdilər.
Şimali Koreya prezidenti Kim Yonq Unun sağlamlığı ilə bağlı həftələrlə müxtəlif fərziyyələrin irəli sürülməsindən sonra onun sağ olduğu məlum olub. Bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi bu gün məlumat yayıb. Ötən gün Şimali Koreya lideri Pyonqyanqın şimalında gübrə zavodunun açılışında iştirak edib. Açılışda Kimin şərəfinə gurultu şüarlar səsləndirilib.
11 aprel tarixindən sonra ilk dəfə göründüyü söylənilən prezidentin ölkənin rəsmi qəzeti olan "Rodong Sinmun"un saytında yayımlanan fotoların həqiqiliyini təsdiq etmək mümkünsüzdür. Bu barədə "Reuters"ində bildirilib və əlavə şərh verilməyib.