Böyük ticarət mərkəzləri bu yolla fəaliyyət göstərəcəklər

© pixabay / PexelsОдежда в магазине, фото из архива
Одежда в магазине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mağazaların girişində müştərilərin temperaturu yoxlanılacaq, mühafizə xidməti temperaturu yüksək olanları və maska taxmayanları içəri buraxmayacaq.

BAKI, 2 may — Sputnik. Koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Lakin  artıq iri ticarət müəssisələrinin fəaliyyətlərinin bərpası istiqamətində müxtəlif addımlar atılır.

Одежда в магазине, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Gizli "Mall" da olurmuş - Binəqədidə fəaliyyət göstərən ticarət obyekti tapıldı

Artıq Türkiyədə də iri ticarət müəssisələrinin bu aydan etibarən fəaliyyət göstərməsi üçün də mexanizm hazırlanıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hazırlanan mexanizmə əsasən artıq ticarət mərkəzləri açıldıqdan sonra sərbəst dolaşmaq mümkün olmayacaq. Hər kəs ara məsafə olmaqla bir xətt üzərində hərəkət edəcək və bir xətdən digər xəttin üzərinə keçmək, geri qayıtmaq mümkün olmayacaq. Sosial məsafə qorunmazsa, bu zaman həyəcan siqnalı çalınacaq. Bütün mağazaların girişində kameralar olacaq. Kiçik mağazalara girdikdə də müştərilər istədikləri kimi gəzə bilməyəcək.  Bunun üçün xüsusi yönləndirmə işarələri olacaq və müştərilər yalnız bu oxların istiqamətində hərəkət edəcəklər.

Bundan başqa, mağazaların girişində müştərilərin temperaturu yoxlanılacaq, mühafizə xidməti temperaturu yüksək olanları və maska taxmayanları içəri buraxmayacaq. Bütün mağazalarda mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.

Qeyd edək ki, artıq mayın 11-dən etibarən Türkiyədə bəzi ticarət mərkəzləri açılacaq və bu prosedur mərhələli şəkildə həyata keçiriləcək.

Xəbər lenti
0