Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bankların dividend ödənişləri təxirə salındı

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов
Пачки азербайджанских манатов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankı "Koronavirus (COVID – 19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası"nı təsdiqləyib.

BAKI, 2 may — Sputnik. Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu yenilik Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "Koronavirus (COVID – 19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası"nda nəzərdə tutulub.

Mayın 1-dən qüvvəyə minən və ilin sonunadək qüvvədə olacaq Qaydaya görə, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir.

Xəbər lenti
0