BAKI, 2 may — Sputnik. Amerika hərbçiləri yeni növ koronavirusu daha erkən aşkarlayan test aşkar ediblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni test vasitəsilə koronavirusa yoluxmadan bir gün sonra qan analizi ilə onu müəyyən edə biləcəklər.
Əvvəlki testlərlə yoluxmadan 4 gün sonra koronavirusu aşkar etmək mümkün olurdu.
Yeni testlər, Müdafiə Nazirliyinin erkən mərhələdə bakterioloji və kimyəvi silah zəhərlənmələrinin aşkar edilməsi ilə məşğul olan, perspektivli tədqiqat proqramları şöbəsi tərəfindən hazırlanıb.
Pandemiya başladıqdan sonra tədqiqatçılar koronavirusun müəyyən edilməsi işlərinə daha çox diqqət ayırdılar. Hazırda onlar testlərin istifadə edilməsi üçün hakimiyyətdən rəsmi icazə gözəyirlər. Ancaq belə düşünülür ki, testlə yoxlamalara mayın ikinci yarısından başlanacaq.