BAKI, 2 may — Sputnik. Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21 06” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Ölən şəxs 2014-cü il təvəllüdlü Süleymanov Hüseyn Elnur oğlu, ağır xəsarət alan şəxs isə Məmmədov Raqif Qəzənfər oğludur.
Digər iki nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.