BAKI, 1 may — Sputnik. Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, ölkədə ümumtəhsil müəssisələrində dərslər mart ayının 3-dən etibarən dayandırılıb. Hazırda şagirdlər onlayn formada təhsillərini davam etdirirlər.