Sputnik mətbuat mərkəzlərinin Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr edilmiş ənənəvi layihəsi olan “Cəbhə Xatirələri” əsgər və zabitləri övladlarının xatirələr ilə yad edir.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Səfa Mirzəhəsənov “Cəbhə Xatirələri” layihəsində iştirak edib. Xalq artisti babası, Böyük Vətən müharibəsini ilk günündən ta Qələbə gününə qədər keçmiş artilleriya qoşunlarının istefada olan polkovniki Qromov Sergey İvanoviç haqqında xatirələrini bizimlə bölüşüb.
“Babam ilk gündən bütün müharibəni keçib. Krımın müdafiəsində, Stalinqrad döyüşündə iştirak edib. O, bizi, uşaqlarını və nəvələrini çox sevərdi. Amma müharibə haqqında bizə çox az danışardı”, - deyə Xalq artisti bizə danışıb.
Mirzəhəsənovun sözlərinə görə, babası 1982-ci ildə 88 yaşında vəfat edib və o, bu insan haqqında xatirələrini əbədi ürəyində yaşadacaq.
Qələbə Günü ərəfəsində Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Gürcüstan və Qazaxıstan Sputnikləri Belarus, Baltika, Qafqaz, Cənub və digər cəbhələrdə vuruşmuş əsgər və zabitlərin ailələrinin xatirələrini dərc edir.
“Cəbhə Xatirələri” bu ailə xatirələrini müharibə salnamələrinin bir hissəsinə çevirəcək və hər kəsə əziz olan Qələbənin hansı qəhrəmanlıqlar sayəsində qazanıldığını bir daha xatırladacaq.