BAKI, 1 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 566-ya çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.
Məlumata əsasən, son 24 saat ərzində daha 27 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 184-ü sağalıb, 6-sı ölüb. Hazırda bu ölkədə 5243 nəfər karantində, 571 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,2 milyonu keçib, 233 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.