CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumlarının işinin bərpası rayonlara görə dəyişəcək

© Sputnik / Shahperi AbbasovaЛюди у банкомата, фото из архива
Люди у банкомата, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib

BAKI, 1 may — Sputnik. Azərbaycanın bəzi rayonlarında dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, Operativ Qərargahın yaydığı məlumatda qeyd edilir ki, bu ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır. 

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə isə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur. Qeyd edilir ki, fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək.  Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.

Xəbər lenti
0