Banklar müflis oldu, ümidləri maaşa qalıb

© AFP 2024 / FABRICE COFFRINIНадпись «Банк» на каменных плитах, фото из архива
Надпись «Банк» на каменных плитах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Amrah Bank"da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib"

BAKI, 1 may — Sputnik. "Amrah Bank" ASC-də çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "Amrah Bank"da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Atabank" ASC və "Amrahbank" ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu "Atabank" ASC və "Amrahbank" ASC-nin ləğvedicisi təyin edilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə "Amrah Bank" ASC-yə müvəqqəti inzibatçılar təyin edilib, aprel 28-də isə bankın lisenziyası ləğv olunub.

Xəbər lenti
0