Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Professor trans-sərhəd yükdaşımaların artan önəmini şərh edir

© Sputnik / Murad OrujovЗаместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов
Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, nəqliyyat sektorunun inkişafı neft bazarındakı enişlər şəraitində olduqca önəmlidir
Elşad Məmmədov: “Hazırda regional əməkdaşlıqların inkişafı zəruridir”

Azərbaycanla Yaponiyanın əməkdaşlığı Trans-Sibir nəqliyyat dəhlizi potensialı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun sinergiyası çərçivəsində icra olunur. Bunu “ADY Express”in mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkənin tranzit potensialının artırılması, bütövlükdə nəqliyyat sektorunun inkişafı neft bazarındakı enişlər şəraitində olduqca önəmlidir:

“Bu baxımdan Azərbaycanın yük daşımaları seqmentinin inkişaf etdirilməsi mühüm amil kimi çıxış edir. İlk növbədə qonşu ölkələrlə, postsovet ölkələri və Avrasiya məkanı ilə əlaqələrin qurulmasına çalışmalıyıq. Hazırkı deqloballaşma dövründə regional əməkdaşlıqların inkişaf etdirilməsi zəruridir. Hesab edirəm ki, regiondakı layihələr bir-birinə rəqib kimi deyil, iqtisadi fəallığın qorunması üçün komponent kimi qəbul edilməlidir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0