CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident qərarını verdi - Həmin şəxs vəzifədən getdi

Abunə olmaq
Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

BAKI, 1 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamran Əliyevin ölkənin Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram: Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin".

Prezidentin digər Sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Xəbər lenti
0