Əli Hüseynli Baş prokuror vəzifəsinə yeni namizədliyi dəyərləndirdi

© Sputnik / Talekh MakhmudovMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən illər ərzində Milli Məclislə Baş prokurorluq arasında sıx əməkdaşlıq olub. İnanıram ki, bundan sonra da belə olacaq".

BAKI, 1 may — Sputnik. Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

"Ötən illər ərzində Milli Məclislə Baş prokurorluq arasında sıx əməkdaşlıq olub. İnanıram ki, bundan sonra da belə olacaq", - deyə Əli Hüseynli vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələyə baxılıb.

Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0