CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deyəsən karantin rejimi yavaş-yavaş qəbul edilir - Azalma var

© Sputnik / Murad OrujovСотрудник дорожной полици, фото из архива
Сотрудник дорожной полици, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BAKI, 1 may — Sputnik. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində xüsusi karantin rejiminin pozulması ilə bağlı məlumat açıqlanıb.

Sputnik Azərbaycan BDYP -nin məlumatına istinadla xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0