Karantindən sonra qiymət qaldıranlara indidən cəza hədəsi gəldi

© Sputnik / Irade JELILБакинский Международный Автовокзал, фото из архива
Бакинский Международный Автовокзал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bildiyiniz kimi, məhdudiyyət olanda və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründə də bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı”

BAKI, 30 aprel — Sputnik. "Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. O bildirib ki, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq. Xidmət sözçüsü deyib ki, məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarının artacağı ehtimal edilir: “Bildiyiniz kimi, məhdudiyyət olanda və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu. Biz karantin dövründə də bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı”.

Xatırladaq ki, martın 19-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib. Qərargah bildirir ki, martın 19-u saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

Xəbər lenti
0