Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Depozit Mərkəzi xidmət haqlarında güzəşt edəcək

© AFP 2023 / Sergei SupinskyСитуация в связи с эпидемиологической обстановкой в Украине
Ситуация в связи с эпидемиологической обстановкой в Украине - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 30 aprel 2020-ci il tarixində keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində müvafiq qərar qəbul edilib

BAKI, 30 aprel — Sputnik. Koronavirus pandemiyasının vә bundan irәli gәlәrәk dünya enerji vә sәhm bazarlarında baş verәn kәskin dalğalanmaların Azәrbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyә, ölkәdә mәşğulluq mәsәlәlәrinә vә sahibkarlıq subyektlәrinә mәnfi tәsirinin azaldılması istiqamətində Mәrkәzi Bankın İdarә Heyәtinin 2020-ci il 23 aprel tarixli 16 saylı qәrarı ilə əlavə dəstəkləyici tədbirlər təsdiq edilib. Bu qərar koronavirus pandemiyasının həmçinin kapital bazarı iştirakçılarına mәnfi tәsirinin azaldılmasını nəzərdə tutur.

Maliyyə bazarlarının tənzimləyici orqanı olan Mərkəzi Bankın qeyd edilən qərarı ilə bağlı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 30 aprel 2020-ci il tarixində keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzәştlәrin verilmәsi istiqamətində müvafiq qərar qəbul edilib.

Sputnik Azərbaycan quruma istinadla xəbər verir ki, həmin qərara əsasən, 01 may tarixindən etibarən aşağıdakılar təsbit edilib:

- Fond birjasında sәhmlәrin vә istiqrazların tәkrar bazarında bağlanan әqdlәri, habelә repo әmәliyyatlarının qeydiyyatı üzrә Milli Depozit Mәrkәzinә ödәnilәn tariflәr 30 sentyabr 2020-ci il tarixinәdәk lәğv edilir;

- Fond birjasında dövlәt istiqrazları, Mәrkәzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan tәkrar bazar әqdlәri üzrә hesablaşmalar 30 sentyabr 2020-ci il tarixinәdәk "T+1" rejimindәn "T+0" rejiminә keçirilir.

Xəbər lenti
0