CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusun yeni dərmanı tapıldı: xilas dəvədə imiş

© AP Photo / Dolores OchoaУчастница традиционных скачек на ламах в национальном парке Лланганат, Эквадор
Участница традиционных скачек на ламах в национальном парке Лланганат, Эквадор - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqat 2016-cı ildən başlayıb. Onun məqsədi SARS-CoV-2 yeni tip koronavirusuna yaxın olan SARS-CoV-1 və MERS-CoV viruslarına qarşı vasitə tapmaq olub

BAKI, 30 aprel — Sputnik. Lamalardan alınan anticisimlər COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 vurisunu bloklamağa qadirdir.

Sputnik Azərbaycan bildirir ki, beynəlxalq alimlər qrupunun apardığı tədqiqatdan alınan bu nəticə barədə Cell jurnalında yazılıb.

İnsan orqanizminə daxil olmaq üçün koronavirus ona hüceyrələrə hücum etməkdə yardımçı olan xüsusi zülaldan istifadə edir. Alimlər həmin zülalı bloklamağa qadir maddə yaratmağı qərara alıblar.

Onlar lamaların orqanizmində yaranan iki tip anticismi birləşdiriblər. Nəticədə koronavirusa qarşı dayanıqlı olan maddə alınıb.

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Əbədi səninlə. Koronavirus sağalmış insanın ağciyərlərində qala bilər

“Bu, SARS-CoV-2-ni neytallaşdıran ilk anticisimlərdən biridir”, - Texas Universitetinin dosenti Ceyson Maklellan deyib.

Testlər nəticəsində məlum olub ki, bu anticisimləri insan orqanizminə peyvənd kimi daxil etmək lazımdır. Onların effektivliyi yoluxmadan bir ay əvvəl orqanizmə yeridiləndə meydana çıxır. Bundan başqa, artıq yoluxmuş pasiyentlərdə də onlardan dərman kimi, ağırlaşan fəsadların qarşısını almaq məqsədilə istifadə etmək olar.

Tədqiqat 2016-cı ildən başlayıb. Onun məqsədi SARS-CoV-2 yeni tip koronavirusuna yaxın olan SARS-CoV-1 və MERS-CoV viruslarına qarşı vasitə tapmaq olub.

Alimlər hesab edirlər ki, lamalardan alınan anticisimlər koronavirus qarşısında daha zəif olan əhali qrupunu: pensiyaçıları və xroniki xəstəlikləri olanları qorumaqda istifadə oluna bilər.

Yeni koronavirus pandemiyası, demək olar ki, bütün dünyanı bürüyüb. ÜST-ün məlumatına görə, 3 milyondan çox insan yoluxub, onlardan 1 milyonu sağalsa da, 208 min nəfər ölüb.

Xəbər lenti
0