SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev telefonla Zakir Qaralovla danışıb

© Photo : APAГенеральный прокурор Азербайджана Закир Гаралов
Генеральный прокурор Азербайджана Закир Гаралов  - Sputnik Azərbaycan
Abunə olmaq
Telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə sədaqətlə xidmət etdiyini vurğulayıb

BAKI, 30 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni Baş prokuror olacaq?

Telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. “Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Xəbər lenti
0