CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl 1 May havası olacaq

© Photo : Elsever AliyevБабочка на весеннем цветке
Бабочка на весеннем цветке - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

BAKI, 30 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Colorized scanning electron micrograph of a VERO E6 cell (blue) heavily infected with SARS-COV-2 virus particles (orange), also known as novel coronavirus, isolated from a patient sample. Image captured and color-enhanced at the NIAID Integrated Research Facility (IRF) in Fort Detrick, Maryland - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Özünü fərqli bir şəkildə apara bilər". İsti hava koronavirusa təsir edəcəkmi?

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saatlarında zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

Xəbər lenti
0