CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Biləsuvarın icra başçısını vəzifədən azad etdi

Abunə olmaq
Sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

BAKI, 30 aprel — Sputnik. Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, dünən DTX Biləsuvarda əməliyyat keçirib. Əməliyyat zamanı Biləsuvar rayon Məşğulluq Mərkəzinin keçmiş direktoru Mübariz Mustafayev saxlanılıb.

Xəbər lenti
0