"Məlumatları gizlətməyə çalışıblar": Pompeo yenə Çini ittiham etdi

© REUTERS / Andrew Harnik / Pool Майк Помпео
Майк Помпео - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti Donald Tramp aprelin 29-da Amerika xüsusi xidmət orqanlarına Ümumdünya Səhiyyə Təşkilatı və Çin arasında mümkün razılaşmanı araşdırmağı tapşırıb.

BAKI, 30 aprel — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo Çin rəsmilərinin koronavirus haqqında məlumatların bir hissəsini gizlətdiyini deyib. Sputnik Azərbaycan xəbər verir ki, Pompeo "Fox News" telekanalı ilə müsahibəsi zamanı məsələyə diqqət yetirməyə çağırıb. 

Пациент с COVİD-19 - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda ağır koronavirus xəstələrinin hansı üsulla müalicə alacaqları bilindi

"Çin Kommunist Partiyasının dürüst olmadığını bilirik. Bilirik ki, həkimlər bu barədə danışmağa çalışanda onlara icazə verilməyib. Bilirik ki, Pekin amerikalı jurnalistləri qovub. Bilirik ki, onlar məlumatları gizlətməyə çalışıblar", - o deyib.

Pompeonun sözlərinə görə, sonda məlumatların gizlədilməsinə görə Çin məsuliyyət daşıyacaq.

ABŞ Prezidenti Donald Tramp aprelin 29-da Amerika xüsusi xidmət orqanlarına Ümumdünya Səhiyyə Təşkilatı və Çin arasında mümkün razılaşmanı araşdırmağı tapşırıb. ÜST-ün Çinin Uhan şəhərindəki laboratoriyaların mövcudluğu barədə xəbərdar olmasına dair fərziyyələr mövcuddur.

Aprelin əvvəlində İnsanın İmmunçatışmazlığı Virusunu (İİV) kəşf etmiş fransalı Nobel mükafatı laureatı Lük Montenye yeni koronavirusun laboratoriyada yaradıldığını deyib. Onun sözlərinə görə, SARS-CoV-2 molekulyar bioloqlar tərəfindən hazırlanıb və ona İİV hissəcikləri əlavə edilib.

Bundan əvvəl Amerikanın "Fox News" telekanalı bir neçə mənbəyə istinadən yeni koronavirusa yoluxmuş ilk xəstənin Uhan Virusologiya İnstitutunun laboratoriyasının işçisi olduğunu bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian cavab olaraq SARS-CoV-2 koronavirusunun Uhan laboratoriyasında yaradılması versiyasının heç bir elmi əsası olmadığını deyib.

Xəbər lenti
0