Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minsk Azərbaycanın "qara qızılı"ndan sonra Səudiyyə neftinə üz tutub

© AFP 2024 / Giuseppe CacaceНефтяной танкер в порту Рас-Эль-Хайр в Саудовской Аравии
Нефтяной танкер в порту Рас-Эль-Хайр в Саудовской Аравии - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus ənənəvi olaraq nefti Rusiyadan alırdı. Lakin ötən ilin sonlarında baş vermiş qiymət münaqişəsi bu siyasəti dəyişdirib.

BAKI, 30 aprel — Sputnik. Alternativ neft tədarükçüləri axtarışı prosesində Belarus Səudiyyə Ərəbistanından xammal almağa başlayıb.

Sputnik Azərbaycan BELTA agentliyinə istinadən xəbər verir ki, birinci partiyanın həcmi 80 min ton olacaq və tanker mayın 11-də Klaypeda limanına gələcək. 

Lakin, Belarusun "Belneftexim" dövlət şirkətinin nümayəndəsi "Saudi Aramco" ilə gələcək əməkdaşlıq imkanları barədə danışmaqdan imtina edib.

Нефть, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu gün üçün fantastik proqnoz gəldi – Neft 60 dollara qayıdacaq

"Bazar necə hərəkət edəcəyimizi göstərəcək", - o, agentliyə deyib.

Minsk ənənəvi olaraq öz neft emalı zavodları üçün bütün nefti Rusiyadan alırdı. Lakin ötən ilin sonlarında baş vermiş qiymət münaqişəsi bu siyasəti dəyişdirib. Tərəflər yalnız bütün dünya üzrə xammalın qiymətinin radikal şəkildə azaldılmasından sonra ziddiyyətləri aradan qaldıra biliblər. Buna baxmayaraq, Belarus Ukrayna ərazisindən nəql edilməklə Azərbaycan neftini ala bilib.

Bundan əvvəl məlum olub ki, Polşa dənizlə nəql olunan Rusiya neftindən tamamilə imtina edərək Səudiyyə Ərəbistanından neft almağa başlayıb. Bu vəziyyət Krallığının avropalı alıcılara etdiyi endirimlər sayəsində yaranıb.

Xəbər lenti
0