Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bunu ondan heç kim gözləmirdi – Say 3,2 milyona yaxınlaşır

© REUTERS / BRENDAN MCDERMIDЛюди в защитных масках в Нью-Йорке, фото из архива
Люди в защитных масках в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 039 min 909 nəfərə çatıb.

 

BAKI, 30 aprel — Sputnik. Bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 3 194 663-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 227 671 nəfər vəfat edib, 973 460-ı isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 1 milyon 039 min 909 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə İspaniya ilk yerdədir. Belə ki, bu ölkədə 236 899 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0